Birinci siniflərə qəbulun vaxtı açıqlandı

saytların hazırlanması

Evə çatdırılma

Birinci siniflərə qəbulun vaxtı açıqlandı

Sosial

28 Aprel 2026 12:21 101


“Birinci sinifə qəbul prosesi mayın 1-dən etibarən başlayacaq. İlkin mərhələdə yalnız qeydiyyat aparılacaq, 6 maydan etibarən isə valideynlər məktəb və müəllim seçiminə başlaya biləcəklər”.

“Yeni Sabah” xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov aprelin 28-də keçirdiyi brifinqdə deyib.

O, qəbulun elektron sistem üzərindən həyata keçiriləcəyini və ümumilikdə təxminən 90 minə yaxın uşağı əhatə edəcəyini bildirib.

Direktor vurğulayıb ki, müsahibələr yalnız müəyyən kateqoriyaya aid şagirdlər üçün keçirilir. Bu, əsasən təhsilini digər dillərdə, xüsusilə rus bölməsində davam etdirmək istəyən uşaqlara şamil olunur. Müsahibələrin keçirilməsi qaydaları və qiymətləndirmə meyarları əvvəlcədən müəyyən edilərək ictimaiyyətə təqdim olunub.

Eşqi Bağırov diqqətə çatdırıb ki, bəzi məktəblərdə tələbat yüksək olduğu üçün qəbul prosesi mərhələli şəkildə təşkil ediləcək. Təxminən 780 məktəb üzrə ilk mərhələdə həmin ərazilərdə yaşayan valideynlər üçün seçim imkanı yaradılacaq, daha sonra isə seçim digər vətəndaşlar üçün də açıq olacaq.

O, həmçinin məktəbəqədər təhsil sahəsinə də toxunaraq bildirib ki, əsas hədəf bu sahədə əhatə dairəsinin artırılmasıdır. Ölkə üzrə məktəbəqədər təhsilə cəlb olunma səviyyəsinin 50 faizə çatdırılması planlaşdırılır və 2026-cı ilin sonuna qədər bu göstəriciyə nail olunması hədəflənir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!