Blinken Çinə niyə gedə bilmir?

saytların hazırlanması

Evə çatdırılma

Blinken Çinə niyə gedə bilmir?

Dünya

15 Aprel 2023 12:59 667


Çin FTB-nin vurulan Çin şarı ilə bağlı araşdırmanın nəticələrini dərc edəcəyindən ehtiyatlanaraq Entoni Blinkenin ölkəyə səfərinə icazə verməyib.

Yenisabah.az "Financial Times"a istinadla xəbər verir ki, bu barədə diplomatik mənbə danışıb.

Onun sözlərinə görə, Pekin dövlət katibinin fevralda olmalı səfərini ləğv edib, səfər üçün yeni tarix seçməyə hazır olmadığını bildirib. Eyni zamanda, ABŞ administrasiyasının araşdırmanın nəticələri ilə bağlı planları aydın deyil. pizza

Çin rəsmiləri dövlət katibinin Çinə səfəri zamanı FTB hesabatını açıqlayacağından qorxur.

Mənbələr bildirir ki, Çinin xarici işlər naziri Qin Qan mart ayında Pekində Çinin İnkişafına dair Yüksək Səviyyəli Forumda amerikalılarla görüşü zamanı bu məsələni qaldırıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!