ABŞ dövlət katibi Entoni Blinken Krım körpüsünə hücumla bağlı bildirib ki, hərbi əməliyyatların necə aparılmasına Kiyev özü qərar verir.
Yenisabah.az xəbər verir ki, bu barədə o, müsahibəsində qeyd edib.
Krım körpüsü ilə bağlı insidenti şərh edən Blinken söyləyib: pizza sifarişi
“Əlbəttə, Ukrayna öz ərazisini, xalqını və azadlığını müdafiə etmək üçün bu müharibəni necə aparacağına qərar verməlidir”.
Xatırladaq ki, Krım körpüsünün partladılması nəticəsində iki nəfər həlak olub. Ukraynanın güc strukturları xüsusi əməliyyatda iştirakını etiraf edib, Rusiya Federasiyası isə partlayışla əlaqədar təkcə Kiyev rejimini deyil, həm də ABŞ və Böyük Britaniya kəşfiyyatını ittiham edib.
Krım hakimiyyəti isə öz növbəsində, hadisəni terror kimi qiymətləndirib. Faktla bağlı Rusiya Federasiyasının KM tərəfindən cinayət işi başlanıb.
Telegram kanalımız