ABŞ dövlət katibi Entoni Blinken yaxın günlərdə Rusiyanın xarici işlər naziri Sergey Lavrovla danışmağa hazırlaşır.
Yenisabah.az xəbər verir ki, o, bunu Dövlət Departamentində jurnalistlərə deyib və əlavə edib ki, bu, Rusiyanın Ukraynada başladığı müharibədən sonra onların ilk söhbəti olacaq.
Blinken Lavrovla Rusiyada saxlanılan amerikalıların taleyini və Ukraynanın taxıl ixracı mövzusunu müzakirə etmək niyyətindədir: pizza mizza
"Mən bizim üçün prioritet olan bir məsələni qaldıracağam. Bu, amerikalılar Pol Uilan və Britni Qreynerin azadlığa buraxılmasıdır".
Dövlət katibinin sözlərinə görə, Amerika tərəfi bir neçə həftə əvvəl Moskvaya onların azad edilməsini asanlaşdıra biləcək təkliflə çıxış edib. Moskva və Vaşinqtonun nümayəndələri daim əlaqə saxlayır və bu təklifi müzakirə edirlər.
Telegram kanalımız