BMT Baş katibi Antoniu Quterreş Ukraynada səfərdədir.
Yenisabah.az xəbər verir ki, Baş katib martın 8-də Ukrayna Prezidenti Vladimir Zelenski ilə görüşəcək.
O, Zelenski ilə Qara dəniz taxıl təşəbbüsünün bütün aspektləri üzrə davam etdirilməsi, eləcə də bölgədə cərəyan edən digər müvafiq məsələləri müzakirə edəcək. pizza hut
Quterreş martın 9-da BMT-nin Nyu-Yorkdakı mənzil-qərargahına qayıdacaq.
Qeyd edək ki, bu, Baş katibin son bir ildə Ukraynaya üçüncü səfəridir./Report
Telegram kanalımız