Boğaz ağrısı ilə həkimə getdi, canlı zəli aşkarlandı

saytların hazırlanması

Evə çatdırılma

Boğaz ağrısı ilə həkimə getdi, canlı zəli aşkarlandı

Sağlamlıq

18 Sentyabr 2026 07:34 146


Türkiyənin Çorum vilayətində tibb işçiləri yerli sakinin boğazında canlı zəli aşkar ediblər.

"Yeni Sabah" xəbər verir ki, bu barədə "T24" nəşri məlumat yayıb.

Məlumata görə, xəstənin udlağının aşağı hissəsinin arxa divarına yapışmış və qanaxmaya səbəb olan canlı zəli aşkarlanıb. Boğazındakı zəli səbəbindən xəstə qanlı öskürəkdən əziyyət çəkib, həmçinin rahat nəfəs ala və udquna bilməyib. pizza

Qeyd olunub ki, zəlinin tənəffüs yollarına düşməsi xəstənin həyatı üçün təhlükə yarada bilərdi. Cərrahlar ümumi anesteziya altında əməliyyat keçirərək zəlini çıxarıblar. Bir gün sonra həmin şəxs xəstəxanadan evə buraxılıb.Xəstə həkimlərə bildirib ki, əməliyyatdan təxminən üç həftə əvvəl kənddəki bulaqdan su içib. Bundan sonra onda təngnəfəslik və udqunma zamanı ağrılar yaranmağa başlayıb./Oxu.Az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!