Boğazı özümüz qoruyacağıq - Tramp

saytların hazırlanması

Evə çatdırılma

Boğazı özümüz qoruyacağıq - Tramp

Dünya

13 İyul 2026 17:11 76


Vaşinqton Hörmüz boğazında gəmiçiliyin təhlükəsizliyini müstəqil şəkildə təmin etməyi və bunun üçün pul almağı planlaşdırır.

"Yeni Sabah" Fox News-a istinadla xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp bildirib.

"Boğazda mövqeyimizi qoruyub saxlayacağıq və çox güman ki, onu idarə edəcəyik. Onun keşikçiləri olacağıq. Bunun üçün bizə kompensasiya ödənilməlidir. İşimizi görəndə bizə pul veriləcək", - deyə o qeyd edib. Dominos pizza

Bazar günü ABŞ ordusu bir həftə ərzində İrana qarşı dördüncü hücumunu həyata keçirib, İranın İslam İnqilabı Keşikçiləri Korpusu (İİKK) isə Bazar ertəsi günü İordaniya, Küveyt və Bəhreyndəki ABŞ hərbi bazalarındakı hədəflərə hücum edib.

Tehran Hörmüz boğazını növbəti xəbərdarlığa qədər bağlı elan edib və cavab əməliyyatlarının davam etdiyini vurğulayıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!