Boris Conson Ukraynaya getdi - Fotolar

saytların hazırlanması

Evə çatdırılma

Boris Conson Ukraynaya getdi - Fotolar

Dünya

22 Yanvar 2023 16:50 884


Böyük Britaniyanın keçmiş baş naziri Boris Conson yanvarın 22-də Ukraynaya gedib. O, Kiyev vilayətinin Buça şəhərində görüntülənib.

Conson Borodyankaya da səfər edib və Rusiya bombardmanlarının nəticələrilə yaxından tanış olub.

Keçmiş hökumət başçısı həmçinin Rusiya ordusunun törətdiyi dağıntıları araşdırıb, işğal zamanı neçə nəfərin həlak olması və ərazinin azad edilməsindən sonra neçə nəfərin öz evlərinə qayıda bildiyi ilə maraqlanıb. Toyuqlu pizza

O, Buçada müharibə qurbanlarının kütləvi məzarını da ziyarət edib.

Consonun səfərinin təfərrüatları hələlik məlum deyil.

/Oxu.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!