Böyük Britaniyanın baş naziri Boris Consonun qardaşı Co Conson dövlət naziri vəzifəsindən istefa verib.
"Yeni Sabah" bildirir ki, o, bu barədə “Twitter” sosial səhifəsində yazıb.
C.Conson istefasının səbəbini ailə ilə milli maraqlar arasında seçim etmək məcburiyyətində qalması ilə əsaslandırıb. pizza
Qeyd edək ki, Co Conson 2010-cu ildən parlamentin üzvüdür. O, 2015-2018 və 2019-cu ildə universitetlər və elmi işlər üzrə kiçik nazir vəzifəsində işləyib.
Telegram kanalımız