Aİ xarici işlər nazirlərinin Kiyevdəki görüşü tarixi hadisədir və Ukraynaya güclü dəstək mesajı verir.
Yenisabah.az xəbər verir ki, bunu Aİ rəsmisi Jozep Borrell deyib.
Onun sözlərinə görə, Aİ nazirləri Ukrayna prezidenti Zelenskinin təklif etdiyi sülh planını öyrənəcəklər. “Bu, Aİ-nin Ukraynanı necə dəstəklədiyini və bunu necə davam etdirəcəyimizi anlamaq üçün bir növ beyin fırtınasıdır”. Marqarita pizza
Borrell əlavə edib ki, Aİ xarici işlər nazirləri öz öhdəliklərini və Aİ-nin Rusiyanın Ukraynaya qarşı təcavüzkar müharibəsində Ukraynanı dəstəkləməyə davam etməyə hazır olduqlarını nümayiş etdirmək üçün Kiyevə gəliblər. Belə görüşlər qeyri-rəsmi adlanır, çünki birincisi, onlar Aİ hüdudlarından kənarda keçirilir, ikincisi, yüksək səviyyəli siyasi debatlar hesab olunur, razılaşdırılmış nəticə və qərarların əldə edilməsi məqsədi daşımır”.
Diplomat əmin edib ki, Aİ Ukraynanı dəstəkləməyə davam edəcək və “Amerikalı müttəfiqlərimiz və dostlarımızla onların da Ukraynanı dəstəkləməyə davam etmələrini təmin etmək üçün danışıqlar aparır. Əminəm ki, qərara yenidən baxılacaq və hamı Ukraynanın tərəfində olacaq”.
Telegram kanalımız