Botoksdan sonra gözü 4 həftə  əyildi

saytların hazırlanması

Evə çatdırılma

Botoksdan sonra gözü 4 həftə əyildi

Şou

09 Avqust 2026 19:43 80


Amerikalı pop ulduzu Britni Spirs bu dəfə musiqisi ilə deyil, üz nahiyəsinə etdirdiyi kosmetoloji prosedurun nəticələri ilə gündəmə gəlib.

“Yeni Sabah” xəbər verir ki, 44 yaşlı müğənni sosial şəbəkədə paylaşdığı videoda botoks prosedurundan sonra sol gözünün aşağı düşdüyünü açıqlayıb.

Spirsin sözlərinə görə, həkim göz nahiyəsinə həddindən artıq botoks inyeksiyası edib. Nəticədə onun sol göz qapağı təxminən dörd həftə aşağı vəziyyətdə qalıb. Dördpendirli pizza

Müğənni problemin artıq tədricən aradan qalxdığını bildirib. O, yaşadığı hadisəni “utandırıcı” adlandıraraq kosmetoloji prosedur etdirən qadınlara daha diqqətli olmaları barədə xəbərdarlıq edib.

Spirs videoda həkimin də nəticədən narahat olduğunu deyib. Onun sözlərinə görə, proseduru həyata keçirən mütəxəssis yaranmış vəziyyətdən özü də “pərt olub”.

“Qızlar, botoks etdirirsinizsə, çox diqqətli olmalısınız. Bu insanlar və həkimlər gözlərinizlə bağlı ciddi problem yarada bilərlər”, – deyə müğənni bildirib.

Spirs əlavə edib ki, onun gözü təxminən bir ay ərzində əvvəlki vəziyyətində olmayıb və yalnız son günlərdə normal vəziyyətinə qayıtmağa başlayıb.

Müğənninin paylaşımı xarici mətbuatda da geniş əks-səda doğurub. “Page Six” onun etirafını botoks prosedurunun “uğursuz nəticəsi” kimi təqdim edib və Spirsin izləyicilərinə “bədəninizə diqqət edin” mesajı verdiyini yazıb. 

Britninin yaşadığı vəziyyət tibbi baxımdan da botoksun məlum yan təsirlərindən biri ilə uyğun gəlir. UPMC-nin məlumatına görə, göz ətrafına tətbiq olunan botoks nadir hallarda göz qapağının sallanmasına səbəb ola bilər və belə hal adətən bir neçə həftə ərzində aradan qalxır. 

Maraqlıdır ki, bu, Spirsin botoksla bağlı ilk narazılığı deyil. Müğənni daha əvvəl də prosedurdan sonra üzündə arzuolunmaz dəyişikliklər yaşadığını danışıb. 2021-ci ildəki əvvəlki açıqlamasında isə botoksdan sonra qaşlarından birinin həftələrlə qeyri-adi formada yuxarı qalxdığını bildirmişdi. 

Əsmətxanım Rzazadə

 

 


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!