Böyük Britaniya parçalana bilər

saytların hazırlanması

Evə çatdırılma

Böyük Britaniya parçalana bilər

Dünya

14 Sentyabr 2026 11:20 100


Birləşmiş Krallığın siyasi tarixində dönüş nöqtəsi ola biləcək fövqəladə hadisə gündəmə gəlib. Şotlandiya, Uels və Şimali İrlandiyanın hökumət rəhbərləri sabah Britaniya tərkibindən çıxmağı və müstəqillik prosesini rəsmiləşdirməyi nəzərdə tutan birgə memorandum imzalayacaqlar.

“Yeni Sabah” xəbər verir ki, sözügedən sənəd üç regionun London mərkəzi hakimiyyətindən mərhələli şəkildə ayrılması, suverenliyin bərpası və gələcək konfederativ və ya müstəqil dövlətlərarası münasibətlərin hüquqi çərçivəsini müəyyən edir. Region liderləri bildiriblər ki, Birləşmiş Krallığın hazırkı siyasi və iqtisadi kursu milli maraqlara cavab vermir və bu addım xalqların özünütəyinetmə hüququnun məntiqi nəticəsidir.

Bu tarixi razılaşma Vestminsterdə ciddi siyasi rezonans doğurub. Britaniya mərkəzi hökuməti və parlament dairələri hazırlanan memorandumu konstitusiya quruluşuna təhdid kimi qiymətləndirərək, sənədin hüquqi qüvvəyə malik olmadığını vurğulayıblar. pizza mizza

Ekspertlər bu addımın Birləşmiş Krallığın dağılması prosesini sürətləndirə biləcəyini və Avropanın siyasi xəritəsində son yüzilliyin ən böyük geostrateji dəyişikliklərinə yol açacağını proqnozlaşdırırlar.

Nazim Hacıyev


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!