Böyük Britaniya tarixə qovuşur

saytların hazırlanması

Evə çatdırılma

Böyük Britaniya tarixə qovuşur

Dünya

15 Sentyabr 2026 09:57 97


Sentyabrın 14-də Uelsin poytaxtı Kardiffdə Birləşmiş Krallığın siyasi gələcəyini kökündən dəyişdirə biləcək tarixi sammit keçirilib.

“Yeni Sabah” xəbər verir ki, Şotlandiya Milli Partiyasının (SNP) lideri Con Svinni, Şimali İrlandiyanın müstəqillik tərəfdarı olan "Sinn Féin" partiyasının rəhbərləri Mişel O'Nil və Meri Lu Makdonald, həmçinin Uelsin "Plaid Cymru" partiyasının lideri Run ap İorverthin iştirak etdiyi zirvə görüşündə radikal qərarlar qəbul olunub.

Tarixdə ilk dəfə olaraq hər üç regionda eyni vaxtda hakimiyyətdə olan millətçi və müstəqillik tərəfdarı qüvvələr Böyük Britaniyadan ayrılaraq öz müqəddəratını təyin etmə və müstəqillik referendumları keçirmə məqsədilə müştərək memorandum imzalayıblar. Tərəflər plebisitlərin dəqiq tarixini açıqlamasalar da, prosesin en geci 2030-cu ilə qədər yekunlaşdırılmasını və tam müstəqillik əldə olunmasını hədəfləyirlər. Region liderləri ayrıldıqdan dərhal sonra Avropa İttifaqına (Aİ) tamhüquqlu üzv olmaq niyyətlərini də bəyan ediblər. Dominos pizza

Birləşmiş Krallıq qanunvericiliyinə və Britaniya Ali Məhkəməsinin mövcud qərarlarına əsasən, bu regionların rəsmi və hüquqi qüvvəyə malik referendum keçirməsi üçün mütləq London parlamentinin (Vestminster) rəsmi icazəsi tələb olunur. Hazırda rəsmi London ölkədəki ağır iqtisadi böhranı və yaşayış xərclərinin azaldılması prioritetlərini əsas gətirərək belə bir icazəni verməkdən qətiyyətlə imtina edir.

Nazim Hacıyev


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!