Böyükşorda su niyə köpüklüdür?

saytların hazırlanması

Evə çatdırılma

Böyükşorda su niyə köpüklüdür?

Sosial

20 İyul 2026 17:55 162


Böyükşor bulvarının sahil hissəsində yaranan naməlum köpüklənmə ərazidə yaşayan sakinlərin narahatlığına səbəb olub.

"Yeni Sabah" xəbər verir ki, sahil boyunca ağ rəngli köpük əmələ gəlib. Onların sözlərinə görə, köpüklənmə ilə yanaşı, ərazidə xoşagəlməz qoxu da hiss olunur.

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyindən qeyd olunub ki, məsələ araşdırılması üçün aidiyyəti quruma yönləndirilib. Araşdırmanın nəticələri məlum olduqdan sonra ictimaiyyətə əlavə məlumat veriləcək. pizza sifarişi

Xatırladaq ki, Böyükşor bulvarında oxşar hallar əvvəlki illərdə də qeydə alınıb. Hazırkı köpüklənmənin səbəbi isə müvafiq araşdırmalar başa çatdıqdan sonra dəqiqləşəcək. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!