Braziliyanın San-Paulu şəhərində müxtəlif vaxtlarda və fərqli ərazilərdə qara zibil torbalarına bükülərək bağlanmış 6 meyit aşkarlanıb.
“Yeni Sabah” xəbər verir ki, meyitlərin eyni üsulla atılması şəhərdə narahatlıq yaradıb və hadisələrin silsilə qətllərlə bağlı ola biləcəyi ehtimalını gündəmə gətirib.
San-Paulu polisi isə hazırda hadisələr arasında birbaşa əlaqənin müəyyən edilmədiyini açıqlayıb. Pepperoni pizza
Hüquq-mühafizə orqanlarının məlumatına görə, bu üsuldan bölgədə fəaliyyət göstərən mütəşəkkil cinayət qrupları da istifadə edir.
Polis məhkəmə-tibbi ekspertizaların nəticələrini və ərazidəki təhlükəsizlik kameralarının görüntülərini araşdırır.
Aydan Hacı
Telegram kanalımız