Bricit Makronun iddiası rədd edildi

saytların hazırlanması

Evə çatdırılma

Bricit Makronun iddiası rədd edildi

Dünya

10 Mart 2023 14:44 723


Paris məhkəməsi Fransa prezidentinin arvadı Bricit Makronun transseksual olması barədə internetdə şayiələr yayan 2 qadına qarşı mülki iddianı rədd edib.

Yenisabap.az "France-Presse"ə istinadla xəbər verir ki, Bricit Makron, habelə 3 uşağı və qardaşı 2022-ci ilin fevralında məhkəməyə müraciət edib. Fransanın birinci xanımı və yaxınları “YouTube”da onun bir vaxtlar Jan-Mişel Troniye (qızlıq soyadıdır - red.) adlı bir adam olması və cinsiyyətini dəyişdiyi iddiasına hiddətləniblər.

İddiaçılar məxfilik hüquqlarının pozulmasına görə kompensasiya tələb ediblər. Lakin məhkəmə göstərilən faktların ictimai böhtan kimi qiymətləndirilməli olduğunu nəzərə alaraq iddianı ləğv edib. Dominos pizza

Birinci xanım hələ də məhkəmədə qalib bilər, çünki mülki məhkəmə ilə paralel olaraq o, konkret olaraq “ictimai böhtan” maddəsi ilə cinayət işi qaldırıb. Bu iş üzrə məhkəmə prosesi davam edir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!