BŞTİ-də yeni sektor yaradıldı

saytların hazırlanması

Evə çatdırılma

BŞTİ-də yeni sektor yaradıldı

Sosial

02 Mart 2023 18:00 794


Elm və təhsil nazirinin müvafiq əmrinə əsasən, Bakı Şəhəri üzrə Təhsil İdarəsində (BŞTİ) optimallaşdırma istiqamətində görülən tədbirlər çərçivəsində struktur dəyişikliyi aparılıb.

Yenisabah.az APA-ya istinadla xəbər verir ki, dəyişikliyin əsas məqsədi BŞTİ-nin fəaliyyətində səmərəliliyin artırılması və idarəetmədə müasir yanaşmaların tətbiqinin təmin olunmasından ibarətdir.

Yeni struktura uyğun olaraq bəzi sektorlar fəaliyyət dairəsinin uyğunluğu nəzərə alınaraq birləşdirilib. Belə ki, Ümumi sektor və Hüquq sektoru birləşərək Hüquq, kargüzarlıq və vətəndaşlarla iş sektoru, Təminat və təchizat sektoru ilə Təsərrüfat sektoru birləşərək Təminat, təchizat və təsərrüfat sektoru adlandırılıb. Həmçinin Məktəbəqədər təhsilin təşkili sektoru yaradılıb, bəzi sektorların isə adları dəyişib. Pepperoni pizza

Qeyd edək ki, BŞTİ 10 sektordan, Təlimə Dəstək Mərkəzindən, 6 xidmət və əməliyyat mərkəzindən ibarətdir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!