Bu binada hamı qorxu içində qaldı:   FHN hərəkətə keçdi

saytların hazırlanması

Evə çatdırılma

Bu binada hamı qorxu içində qaldı: FHN hərəkətə keçdi

Hadisə

30 Sentyabr 2026 16:34 77


Abşeron rayonunun Masazır kəndində çoxmərtəbəli yaşayış binasında yanğın baş verib.

"Yeni Sabah" xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

Məlumata görə, hadisə yerinə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Abşeron Rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürənləri cəlb olunub. pizza

Yanğın yeddimərtəbəli yaşayış binasının 6-cı mərtəbəsində yerləşən mənzilin mətbəxində baş verib. Yanğınsöndürənlərin çevik müdaxiləsi nəticəsində alovun genişlənməsinə imkan verilmədən yanğın qısa müddətdə söndürülüb.

Hadisə zamanı xəsarət alan olmayıb.

Aytac Əliyeva


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!