Bu əlamətlər sizdə varsa həkimə gedin -   TƏBİB

saytların hazırlanması

Evə çatdırılma

Bu əlamətlər sizdə varsa həkimə gedin - TƏBİB

Sağlamlıq

15 Sentyabr 2026 17:11 109


Limfoma zamanı boyun, qoltuqaltı və qasıq nahiyəsində ağrısız şişkinlik, səbəbsiz çəki itkisi və gecə tərləmələri müşahidə oluna bilər.

"Yeni Sabah" xəbər verir ki, bu barədə TƏBİB sosial şəbəkə hesabında paylaşım edib.

Qeyd olunub ki, limfoma orqanizmin müdafiəsində mühüm rol oynayan limfa sistemində yaranan bədxassəli xəstəlikdir. pizza sifarişi

Xəstəliyin mümkün əlamətləri sırasında davamlı hərarət və halsızlıq da yer alır. Lakin bu simptomların hər zaman limfoma anlamına gəlmədiyi vurğulanıb.

TƏBİB şikayətlər davamlı olduğu halda həkimə müraciət etməyi və müayinədən keçməyi tövsiyə edib.

Aytac Əliyeva


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!