Bu əlamətlərə aldanmayın: Sizi xəstə edən qrip olmaya bilər

saytların hazırlanması

Evə çatdırılma

Bu əlamətlərə aldanmayın: Sizi xəstə edən qrip olmaya bilər

Sağlamlıq

10 Sentyabr 2026 13:14 84


Payızın gəlişi ilə küçələrdə bir mənzərə də dəyişir: asqıran, burnu axan, gözləri qaşınan insanların sayı artır. Çoxları bunu havaların soyuması ilə əlaqələndirib “soyuqlamışam” deyir. Amma məsələ heç də həmişə belə deyil. Payız aylarında bəzi allergenlər də aktivləşir və insan günlərlə davam edən burun axıntısı, asqırma və göz qaşınmasının səbəbini səhv sala bilər.

Bəs bu əlamətlərin allergiya, yoxsa soyuqdəymə olduğunu necə bilmək olar?

Mövzu ilə bağlı “Yeni Sabah”a danışan  həkim-Allerqoloq Şahvələd Məmmədov deyib ki, payızda həm virus, həm də allergiya hallarının artdığını qeyd edib: Dominos pizza

“Havaların sərinləşməsi ilə bir çox insanlarda virus infeksiyalarının və allergik xəstəliklərin kəskinləşməsi müşahidə olunur. Bu səbəbdən soyuqdəymə və virus mənşəli xəstəlikləri allergiyadan ayırmaq vacibdir.

Virus mənşəli infeksiyalarda əsasən intoksikasiya əlamətləri, qızdırma, baş ağrısı, burun axması və göz yaşarması müşahidə olunur. Allergik xəstəliklərdə isə simptomlar bir qədər fərqlidir. Burun və gözlərdə qaşınma, tez-tez asqırma, bəzi hallarda isə xırıltılı nəfəsalma və təngnəfəslik yarana bilər”.

Həkim bildirib ki, payızda bəzi allergenlər allergiya əlamətlərini gücləndirir:

“Payız aylarında allergiyanı daha çox kəskinləşdirən allergenlər arasında ambroziya, yovşan, ev tozu gənələri və digər bitki tozcuqları, o cümlədən polenlər yer alır. Bunlar allergik rinit, allergik konyunktivit, allergik rinokonyunktivit və astma kimi xəstəliklərin kəskinləşməsinə səbəb ola bilər.

Allergiyası olan şəxslər bu əlamətlər müşahidə edildikdə allerqoloqa müraciət etməlidirlər. Allergiyası olmayan şəxslərdə isə soyuqdəymə və virusa bənzər simptomlar yaranarsa, ilk növbədə sahə həkiminə müraciət etmək tövsiyə olunur”.

Əsmətxanım Rzazadə


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!