Bu ərazidə 7.2 bal gücündə zəlzələ gözlənilir - XƏBƏRDARLIQ

saytların hazırlanması

Evə çatdırılma

Bu ərazidə 7.2 bal gücündə zəlzələ gözlənilir - XƏBƏRDARLIQ

Dünya

16 Oktyabr 2024 15:37 7239


Türkiyədə 7,2 bal gücündə zəlzələ baş verə bilər. 

Yenisabah.az xəbər verir ki, Malatya fay bir müddətdir zəlzələ mütəxəssisləri tərəfindən araşdırılır. Professor Həsən Özbilir bu barədə açıqlamasında bildirib ki, 3 min ildir qırılmayan fay xəttində hərəkətlilik müşahidə edilib: 

"Malatya fayı mühüm faylardan biridir. İkinci böyük zəlzələnin düz ətəyindəki faydır. Qırılacağı təqdirdə Malatyaya ciddi təsir edəcək faydır. 200 kilometr uzunluğunda və 3 fay seqmentindən ibarətdir. Burada 6 bal gücündə zəlzələ baş verib. Bundan sonra zəlzələlər olacaq. Bu afterşokların 5 bala qədər olma ehtimalı var. Həmin bölgənin rəsmi qurumlarının deyəcəkləri önəmlidir. İnsanlar sözlərə qulaq asmalıdırlar. Bölgədə zəlzələnin aktiv olub-olmaması ilə bağlı səlahiyyətlilərə bir neçə dəfə məlumat verilib". 

Qeyd edək ki, Malatyanın Kale rayonunda saat 10.46-da 5,9 bal gücündə zəlzələ baş verib. Zəlzələnin 10,07 kilometr dərinlikdə baş verdiyi müəyyən edilib. 5,9 bal gücündə zəlzələ Diyarbəkir, Tunceli və Elazığda da hiss olunub. 

Aytac Şahin 

 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!