"Bavariya" klubunda zədəli futbolçuların sayı yeddiyə çatıb.
“Yeni Sabah” xəbər verir ki, komandada əsas heyətin bir sıra aparıcı üzvlərinin sıradan çıxması baş məşqçi Vinsent Kompaninin işini xeyli çətinləşdirib.
Hazırda Münhen təmsilçisinin zədəlilər siyahısında Harri Keyn, Maykl Olise, Alfonso Deyvis, Luis Dias, Manuel Noyer, Serj Qnabri və İsmael Saybari yer alır. Xüsusilə "Köln" ilə qarşılaşmada Harri Keyn və Maykl Olisenin zədələnərək oyunu tərk etməsi komanda üçün əlavə itkilərə səbəb olub. Online shopping Azərbaycan
Ard-arda yaşanan bu zədələr səbəbindən "Bavariya" həm hücum və cinah xəttində, həm də müdafiə və qapı mövqelərində ciddi kadr çatışmazlığı ilə üzləşib. Məşqçi heyəti qarşıdakı oyunlarda heyəti formalaşdırmaq üçün mövcud resurslardan maksimum yararlanmağa çalışır.
Nazim Hacıyev
Telegram kanalımız