Bu ərazidə partlayış səsləri eşidilib

saytların hazırlanması

Evə çatdırılma

Bu ərazidə partlayış səsləri eşidilib

Dünya

05 Sentyabr 2026 11:27 44


İranın Basra körfəzində yerləşən əsas neft ixrac terminallarından biri olan Xark adası ətrafında partlayış səsləri eşidilib.

“Yeni Sabah” xəbər verir ki, “Fars” xəbər agentliyinin məlumatına görə, təxminən bir saat əvvəl Basra körfəzində yerləşən Xark adası ətrafında bir neçə partlayış səsi eşidilib.

Körfəz istiqamətindən partlayış səsləri gəlsə də, ərazidə tüstü və ya yanğın müşahidə olunmayıb. Səslərin mənbəyinin isə hələlik müəyyən edilmədiyi bildirilib. pizza sifarişi

İran Tələbə Xəbər Şəbəkəsi (SNN) isə ABŞ-ın Xark adası sahillərində kiçik neft tankerinə hücum etdiyini iddia edib. 

Hadisə nəticəsində ölən və yaralananların olmadığı qeyd olunub.

Aydan Hacı


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!