“Bu ərazilər Azərbaycana məxsusdur” - Paşinyan

saytların hazırlanması

Evə çatdırılma

“Bu ərazilər Azərbaycana məxsusdur” - Paşinyan

Siyasət

28 Avqust 2025 19:27 1202


Ermənistan ərazisində Azərbaycana məxsus anklavlar var.

Yenisabah.az Teleqraf-a istinadla xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan deyib.

“Eksklav-anklavlar mövzusuna gəlincə, mən əvvəllər bu mövzuya ətraflı toxunmuşam və bu da həll edilməli olan məsələdir. Hətta mən və Ermənistan hökuməti və Ermənistanın heç bir hökuməti eksklav-anklavlar məsələsindən imtina edə bilməz”, - baş nazir qeyd edib. Toyuqlu pizza

N.Paşinyan bunların suveren Azərbaycan əraziləri olduğunu, bunun Almatı bəyannaməsində əks olunduğunu vurğulayıb.

Ermənistan baş naziri Gədəbəy rayonu ərazisində yerləşən Başkəndin də onlara məxsus olduğunu iddia edib.

Xatırladaq ki, Ermənistan ərazisində Azərbaycana qaytarılmalı olan Sofulu, Kərki, Barxudarlı və Yuxarı Əskipara kəndləri yerləşir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!