Noyabrın 26-da ölkə ərazisinin əksər hissəsində yağışlı və küləkli hava müşahidə olunub, dağlıq ərazilərə qar yağıb.
“Yeni Sabah” xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, bəzi ərazilərdə yağıntılar intensiv xarakter daşıyıb, şimşək çaxıb. Yağıntılar gecə saatlarından etibarən tədricən kəsilib.
Ən çox yağıntı Qax rayonunun Sarıbaş kəndində qeydə alınıb. Burada yağıntının miqdarı 15 mm olub. Qobustan və Şəkinin Kişçay ərazisində 11, Zaqatalada 10, Balakəndə 9, Beyləqan, Zərdab, Kürdəmir, Tovuz və Lerikdə isə 8 mm yağıntı düşüb. Bakıda online alış-veriş
Bakıda və Abşeron yarımadasında da yağış qeydə alınıb. Paytaxtda yağıntının miqdarı 4 mm təşkil edib.
Bununla yanaşı, bəzi ərazilərdə qərb küləyi güclənib. Küləyin maksimal sürəti Oğuzda 21, Daşkəsən, Bərdə və Şəkidə 20, Goranboyda 19, Naftalan və Tərtərdə isə 18 m/s-yə çatıb.
Aytac Əliyeva
Telegram kanalımız