Bu ərazilərdə yağış yağır

saytların hazırlanması

Evə çatdırılma

Bu ərazilərdə yağış yağır

Sosial

06 Avqust 2026 09:45 106


Dağlıq və dağətəyi rayonlarda qısamüddətli yağış yağıb, şimşək çaxıb.

“Yeni Sabah” xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətinin avqustun 6-sı saat 9:00-a olan məlumatına əsasən ölkə ərazisində hava əsasən yağmursuz keçib. Lakin bəzi dağlıq və dağətəyi rayonlarda qısamüddətli yağış yağıb, şimşək çaxıb.

Düşən yağıntının miqdarı Daşkəsən, Gədəbəy, Şəmkir, İsmayıllı, Xaçmaz, Qrız, Qusar, Gəncə, Sarıbaş (Qax) və Şəkidə 1 mm-dir. Sezar pizza

Hazırda Bakı və Abşeron yarımadasında şimal-qərb küləyi əsir, küləyin maksimal sürəti 18 m/s təşkil edir. Bölgələrdə isə cənub-şərq küləyi müşahidə olunur. Küləyin maksimal sürəti Culfada 21, Naxçıvanda isə 16 m/s-yə çatır.

Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 34, Naxçıvan MR-da 38, Aran rayonlarında 39, dağlıq rayonlarda isə 26 dərəcəyədək isti qeydə alınıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!