Bu ərazilərdəki ağaclar köçürüləcək

saytların hazırlanması

Evə çatdırılma

Bu ərazilərdəki ağaclar köçürüləcək

Sosial

13 May 2020 14:36 1367


Bakı şəhəri Sabit Orucov, Nizami, Mehdi Hüseynzadə, 28 May, Yusif Səfərov küçələrinin bir hissəsinin genişləndirilməsi, Yasamal rayonu, İnşaatçılar prospekti 2 ünvanında isə yeni infrastrukturların yaradılması məqsədilə tikinti altına düşən ağacların köçürülməsi və köçürülməsi mümkün olmayan ağacların isə götürülməsinə ictimai dinləmədən sonra müsbət rəy verilib. Bir şərtlə ki, həmin ərazidə və ya digər uyğun yerdə daha çox ağacın əkilməsi təmin edilsin.

Yenisabah.az bildirir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekspertiza Agentliyinin İdarə Heyətinin sədri Mirsalam Qənbərov məlumat verib. 

O qeyd edib ki, layihələrin mühüm sosial-infrastruktur əhəmiyyəti,  tıxacların aradan qaldırılması baxımından vacibliyi nəzərə alınıb, mövcud tələblər və qaydalar çərçivəsində sözügedən ərazilərdə tikinti altına düşən ağacların budanaraq kök torpağı ilə uyğun ərazilərə köçürülməsi yaxın günlərdə həyata keçiriləcək. Sezar pizza

“Məqsədimiz bütün layihələrin ekoloji tələblərə cavab verməsini, götürülməsinə zərurət yaranan yaşıllıqların yerində daha çox ağac əkilməsini təmin etməkdir”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!