Bu gün daha 183 nəfər “Laçın” sərhəd-buraxılış məntəqəsindən keçərək Qarabağı tərk edib.
Yenisabah.az Minval.az-a istinadla xəbər verir ki, onlardan 155 nəfər Ermənistan, 26 nəfər Rusiya, 2 nəfər isə Ukrayna vətəndaşıdır.
Maraqlısı budur ki, sərhədi keçənlərin hamısı kişidir və onların yanında qadın və uşaqlar yoxdur. Bir sıra erməni və yerli “Telegram” kanalları isə Qarabağı tərk edənlərin çoxunun qondarma “müdafiə ordusu”nun mənsubları olmasını iddia ediblər.
Xatırladaq ki, bundan öncə də erməni əsilli şəxslərin “Laçın” sərhəd-keçid məntəqəsindən keçidi təmin edilib.
Telegram kanalımız