Bu gün 35 dərəcə isti olacaq

saytların hazırlanması

Evə çatdırılma

Bu gün 35 dərəcə isti olacaq

Sosial

26 İyun 2023 08:00 621


Azərbaycanda bu günə gözlənilən hava proqnozu açıqlanıb. 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən Yenisabah.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında yağmursuz hava şəraiti gözlənilir. Mülayim cənub-şərq küləyi əsəcək. 

Havanın temperaturu gecə 17-22°, gündüz 27-32° isti olacaq. Atmosfer təzyiqi 758 millimetr civə sütunundan 754 millimetr civə sütununa enəcək. Nisbi rütubət 55-65 faiz təşkil edəcək.  Pepperoni pizza

Dəniz suyunun temperaturu: şimal çimərliklərində: (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zağulba) 22-23°, cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) 24-25° isti olacaq. 

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Şərq küləyi əsəcək, arabir güclənəcək. 

Havanın temperaturunun gecə 16-21°, gündüz 30-35° isti, dağlarda gecə 9-14°, gündüz 15-20° isti olacağı ehtimal edilir. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!