6 Oktyabr - 23:42
Bu gün general-leytenant olan hərbçilər kimdir?

Bu gün general-leytenant olan hərbçilər kimdir?

Digər

17 Avqust 2022 17:56 1047


Prezident İlham Əliyevin bu gün imzaladığı sərəncamla Dövlət Sərhəd Xidmətinin (DSX) üç general-mayoruna general-leytenant ali hərbi rütbəsi verilib.

Yenisabah.az “Qafqazinfo”ya istinadla xəbər verir ki, general-leytenant rütbəsinə yüksələn Rəsul Tağıyev Dövlət Sərhəd Xidmətinin Çevik Hərəkət Qüvvələrinin komandanıdır.

O, Vətən müharibəsinin komandanlarından biri olub. “Vətənə xidmətə görə” ordeninin tam kavaleri ilə təltif edilib.

Digər general-leytenant rütbəsi alan Müzəffər Pirizadə isə DSX Sahil Mühafizəsinin rəisidir. O, daha əvvəl Qazax əlahiddə sərhəd diviziyasının komandiri vəzifəsini tutub.

Ali Baş Komandan tərəfindən general-leytenant rütbəsinə layiq görülən Elçin İbrahimov isə DSX-nin Aparat rəhbəridir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!