Türkiyə polisinin keçirdiyi əməliyyat nəticəsində saxlanılan müğənni İrem Dericinin bu gün nişan mərasimi olacaqdı.
"Yeni Sabah" xəbər verir ki, o, bir müddətdir DJ Melih Kunukçu ilə sevgilidir.
İfaçı bu gün evliliyə doğru ilk addımını atmağı planlaşdırırdı. pizza
Qeyd edək ki, yaxın dostları Burak Bulut və Eda Sakızın toyunda Melih Kunukçu səhnədə diz çökərək İrem Dericiye evlilik təklifi etmişdi. Müğənni isə “həyatımın ən böyük şokunu yaşayıram. Sonsuza qədər hə!” sözləri ilə cavab vermişdi.
Xatırladaq ki, Türkiyə polisinin bu gün keçirdiyi əməliyyat nəticəsində bir sıra tanınmış şəxslər saxlanılıb. Onlar arasında müğənnilər, aktyorlar, sosial media fenomenləri də var və narkotik maddələrin istifadəsində şübhəli bilinirlər. Saxlanılanlardan qan nümunələri götürüləcək, ifadələri alınacaq.
Aydan Hacı
Telegram kanalımız