Ermənilər Bakıya gəlir

saytların hazırlanması

Evə çatdırılma

Ermənilər Bakıya gəlir

Siyasət

11 Sentyabr 2026 15:45 260


Ermənistanın vətəndaş cəmiyyəti nümayəndələri "Sülh körpüsü" təşəbbüsü çərçivəsində Azərbaycana rəsmi səfərə gəlməyə hazırlaşırlar.

“Yeni Sabah” xəbər verir ki, iki ölkə arasında etimadın qurulması, dialoqun təşviqi və sülh quruculuğu prosesinə dəstək məqsədi daşıyan bu səfər çərçivəsində bir sıra vacib görüşlərin keçirilməsi planlaşdırılır. Təşəbbüsün əsas məqsədi regionda davamlı sülhün bərqərar olunmasına, tərəflər arasında qarşılıqlı anlaşılan mövqeyin formalaşmasına və cəmiyyətlərarası təmasların artırılmasına töhfə verməkdir.

Səfər çərçivəsində Ermənistan heyətinin azərbaycanlı həmkarları, hüquq müdafiəçiləri və ekspertlərlə bir araya gələrək humanitar məsələlər, post-münaqişə dövründə reabilitasiya və gələcək əməkdaşlıq perspektivlərini müzakirə edəcəyi gözlənilir. pizza mizza

Qeyd edək ki, "Sülh körpüsü" təşəbbüsü Cənubi Qafqazda sabitliyin təmin olunması və regional inteqrasiya addımlarının sürətləndirilməsi istiqamətində mühüm platformalardan biri kimi qiymətləndirilir.

Nazim Hacıyev


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!