Birinci sinfə gecikən uşaqlar üçün elektron qəbul yenidən başlayır.
“Yeni Sabah” xəbər verir ki, 2026–2027-ci tədris ili üzrə ümumi təhsil müəssisələrinin birinci sinfinə üzrlü səbəbdən gecikən uşaqlar üçün boş qalan yerlərə məktəb və müəllim seçimi prosesi yenidən aktivləşdirilir.
Məktəb və müəllim seçimi prosesi sentyabrın 16-da saat 11:00-dan başlayacaq və sentyabrın 30-u saat 15:00-dək davam edəcək. pizza
Qeyd olunan tarixədək övladları üçün mektebeqebul.edu.az portalında sorğu yerləşdirən valideynlər müvafiq sənədlərlə məktəbə yaxınlaşaraq qəbul prosesini yekunlaşdıra biləcəklər.
Bildirilib ki, elektron qəbul prosesi yalnız üzrlü səbəbdən birinci sinfə qeydiyyatı gecikən və müəyyən edilmiş müddətdə elektron sistemdə sorğu yerləşdirən uşaqları əhatə edir.
Qeyd edək ki, 2026–2027-ci tədris ili üzrə bu günədək 124 mindən çox uşaq birinci sinfə qəbul olunub.
Aytac Əliyeva
Telegram kanalımız