Almaniya onu əlindən qaçırdı – Hava limanındakı diversiyada   ŞOK DETALLAR

saytların hazırlanması

Evə çatdırılma

Almaniya onu əlindən qaçırdı – Hava limanındakı diversiyada ŞOK DETALLAR

Dünya

12 Sentyabr 2026 19:17 98


Almaniya hüquq-mühafizə orqanları Leypsiq hava limanında baş vermiş diversiyanın ehtimal olunan iki icraçısını müəyyənləşdirib. Şübhəlilərdən birinin Rusiya hərbi kəşfiyyatı ilə əlaqəli olduğu iddia edilir.

"Yeni Sabah" xəbər verir ki, bu barədə “Welt am Sonntag” məlumat yayıb.

Nəşrin məlumatına görə, söhbət Belarus vətəndaşı Andrey K. və Rusiya vətəndaşı Oleq L.-dən gedir. pizza hut

Alman müstəntiqlərinin versiyasına əsasən, Oleq L. əməliyyatın hazırlanması və logistikasına cavabdeh olub. Hüquq-mühafizə orqanları onun Rusiyanın Baş Kəşfiyyat İdarəsi – GRU ilə əlaqəsinin olduğunu düşünürlər.

“Welt am Sonntag” yazır ki, istintaq zamanı toplanmış sübutlar Almaniyanın xarici işlər naziri Yohann Vadeful və daxili işlər naziri Aleksander Dobrindtə hücumda xarici kəşfiyyatın əli olduğunu açıqlamaq üçün əsas verib.

İstintaqın versiyasına görə, Oleq L. Almaniyaya Türkiyədən gəlib. O, Berlin-Brandenburq hava limanına enib, daha sonra isə eyni hava limanından Serbiyaya uçaraq Almaniyanı tərk edib.

Hüquq-mühafizə orqanlarının məlumatına görə, şübhəli hazırda yenidən Rusiyadadır.

Lakin işin ən diqqətçəkən məqamlarından biri Almaniya təhlükəsizlik strukturlarının Oleq L. barədə ölkəyə daxil olduğu anda artıq müəyyən məlumata sahib olmasıdır.

“Welt am Sonntag” bildirir ki, alman müstəntiqləri onun GRU ilə mümkün əlaqələrindən hələ sərhədi keçərkən xəbərdar olublar. Buna baxmayaraq, Oleq L. Almaniyaya daxil olduqdan sonra onun üzərində müşahidə qurulmayıb. Nəticədə şübhəli ölkəni maneəsiz tərk edərək Serbiyaya gedib və istintaqın məlumatına görə, daha sonra Rusiyaya qayıdıb.

Beləliklə, Leypsiq hava limanındakı diversiyanın araşdırılması təkcə mümkün Rusiya izi ilə deyil, Almaniya təhlükəsizlik strukturlarının GRU ilə əlaqəsindən şübhələndikləri şəxsi niyə nəzarətsiz buraxmaları sualı ilə də gündəmə gəlib./Musavat.com


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!