Bakıda avtomobil piyadanı vurub.
"Yeni Sabah" Lent.az-a istinadla xəbər verir ki, hadisə Sabunçu rayonunda baş verib.
Namik Natiq oğlu Şahverənov idarə etdiyi “Mersedes-Benz” markalı avtomobillə Ramıla İldırım qızı Seydicanovanı vurub. Daha sonra “Toyota Prius” markalı avtomobilə çırpılıb. pizza hut
Nəticədə R. Seydicanova aldığı xəsarətlərdən ölüb.
Faktla bağlı cinayət işi başlanıb.
Telegram kanalımız