“21 ildir ki, bu şərtə əməl olunmur” – Təhsil müddəti niyə azaldılır?

saytların hazırlanması

Evə çatdırılma

“21 ildir ki, bu şərtə əməl olunmur” – Təhsil müddəti niyə azaldılır?

Sosial

12 Sentyabr 2026 13:41 339


“Azərbaycanda bakalavr pilləsində təhsil müddətinin azaldılması ilə bağlı Milli Məclisdə ictimai dinləmələrin keçirilməsi gündəmə gətirilib. Sual olunur. İndi niyə? Bilirik ki, Azərbaycan Universitetləri 2005- ci ilə “Boloniya Bəyannamə”sinə qoşulub. Bu bəyanmamənin 1- şərti budur:  Bakalavr təhsili 3- 4 il, magistratura təhsili 1-2 il nəzərdə tutulsun”.

“Yeni Sabah” xəbər verir ki, bu barədə sabiq deputat Etibar Əliyev öz “Facebook” səhifəsində yazıb. O bildirib ki, bakalavr təhsilinin indiki müddətində pedaqoji kadrlar hazırlamaq mümkün deyil:

“Bəyannamənin bu şərtinə 21 ildir ki, əməl olunmur. Yəni bizdə 3 illik Bakalavr təhsili yoxdur. Əslində bu prosesi pedaqoji ixtisaslar üçün həyata keçirmək mümkün deyil. “Pedaqogika, “Psixologiya” və “Fəlsəfə” fənlərinin tədrisi azı 2- 3 semestr olmalıdır. Yaxşı müəllim hazırlığı üçün bu fənlərin yeni proqramı yazılmalıdır. Onsuz da “Fəlsəfə”nin tədrisini yığışdırıblar. Toyuqlu pizza

Digər tərəfdən Bakalavr təhsilinin indiki müddətində pedaqoji kadrlar hazırlamaq mümkün deyil. Elm və təhsil nazirliyinim keçirdiyi imtahanlarda bu acı həqiqəti görürük. Ən düşündürücü məqam odur ki, tələbələr 4- illik Bakalavr pilləsini bitirdikdən sonra imtahan vermək üçün hazırlıq kurslarına gedirlər.”

Nazim Hacıyev


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!