“Kombinin donmasının qarşısını almaq üçün ilk növbədə kombini açıq ərazidə qoymaq məsləhət deyil. Əgər kombi açıq ərazidə quraşdırılıbsa, mütləq kombi şkafı ilə üzəri örtülməlidir. Amma bu, kombinin heç vaxt donmayacağı anlamına gəlmir. Kombi özünü mənfi 15 dərəcəyə qədər qoruyur. Mənfi 15 dərəcədə hava çox soyuq olarsa, kombinin bəzi sensorlarında və işləməsində problem yarana bilər. Amma kombi şkafın içərisindədirsə və qış rejimində işləyirsə, belə halda işləməsində problem yaşanmır”.
Bunu “Yeni Sabah”a isitmə və soyutma sistemlərinə xidmət üzrə mütəxəssis Rəsul Allahverdiyev deyib. O bildirib ki, kombinin açıq ərazidə olmaması məsləhətdir:
“Kombi açıq ərazidə, məsələn, binanın həyətində və ya çöldə quraşdırılıbsa, həmçinin qış rejimində işləyirsə, çöldə də işləməlidir. Açıq şəkildə quraşdırılıbsa, kombidə problem yarana bilər. Çünki soyuq su xəttində su istifadə olunmadığı halda, məsələn, gecə və ya uzun müddət istifadə edilmədikdə, həmin su donaraq borunu partlada bilər. Ona görə də kombinin açıq ərazidə olmaması məsləhətdir. Əgər açıq ərazidə quraşdırılıbsa, mütləq şəkildə şkafın içərisində olmalıdır. Çünki kombi işlədikdə oradakı isti su xəttinin və soyuq su xəttinin də donmasına imkan verməmək lazımdır. Sezar pizza
Əgər kombi donub və hər hansı detal sıradan çıxıbsa, müştəri özü heç nə edə bilməz. Yox, əgər sırf donubsa və detallarında hər hansı problem yaranmayıbsa, onu fenlə açmaq mümkündür. Ən yaxşı halda kombinin altındakı bağlantıları ayırmaq lazımdır. Üst hissənin özünün əriməsi daha yaxşıdır. Amma fenlə də tədricən qızdırmaq olar. Fenlə qızdırdıqca içəridəki buz əriyir və su axmağa başlayır. Bundan sonra kombidən istifadə etmək mümkündür.”
Mütəxəssis bildirib ki, kombi donubsa, onun yerləşdiyi yeri qapalı vəziyyətə gətirmək məsləhətlidir:
“Amma hansısa detal çatlayıbsa, müştəri özü müdaxilə etməməli, usta çağırmalıdır. Məsələn, ən çox çatlayan detala pompanın arxasındakı hissədə rast gəlinir. Həmin hissə donur, sıradan çıxır və su sızmağa başlayır. Bu halda artıq usta çağırılmalı, don açılmalı və zədələnmiş detal dəyişdirilməlidir.
Amma təkcə detalın dəyişdirilməsi ilə məsələ həll olunmur. Əgər xətt də donubsa, xəttin özü də açılmalıdır. Yəni kombini düzəltsəniz belə, xətt açıq deyilsə, yenə də müştəri narahatlıq yaşaya bilər. Xətt açılana qədər gözləmək lazım gəlir. Məsələn, xətt çəkilibsə və metalın və ya başqa materialın altından keçirilibsə, həmin hissənin də donması mümkündür.
Bu zaman müştərinin yanına gəlib yaranmış problemə baxmaq lazımdır. Kombi donubsa, onun yerləşdiyi yeri qapalı vəziyyətə gətirmək məsləhətlidir. Ən yaxşı variant budur. Həm qış gələndə bunun üçün daha rahat olur, həm də kombinin daha çox zədələnməsinin qarşısı alınır.
Bundan sonra, hava yenə də uzun müddət soyuq olarsa və donma davam edərsə, daha çox problem yarana bilər”.
Aydan Hacı
Telegram kanalımız