“Bu hadisə milyonda bir belə olmur, şokdayıq”   - “Şəki yaylası”nın direktoru danışdı

saytların hazırlanması

Evə çatdırılma

“Bu hadisə milyonda bir belə olmur, şokdayıq” - “Şəki yaylası”nın direktoru danışdı

Hadisə

09 Sentyabr 2026 19:21 321


Ötən gün “Şəki yaylası” istirahət mərkəzində kanatın qırılması nəticəsində baş verən ölüm hadisəsi ilə bağlı mərkəzin direktoru Abbasət Məhərrəmov açıqlama verib.

"Yeni Sabah" xəbər verir ki, direktor “Shimal.News”a danışarkən hadisənin şokunda olduğunu bildirib.

“Bu hadisə milyonda bir belə olmur. Biz özümüz də şokdayıq. Bu, çox böyük faciədir. Açığı, hələ də nə deyəcəyimizi bilmirik. Hadisənin şokundan ayılmamışıq”, – deyə direktor bildirib. pizza

Onun sözlərinə görə, hadisənin başvermə səbəbi hava şəraitinin əlverişsiz olması da ola bilər.

“Bütün təhlükəsizlik yoxlamaları həyata keçirilmişdi. Hadisə baş verən gün isə hava şəraiti olduqca pis idi. Güclü külək və burulğan var idi. Hazırda hadisənin dəqiq hansı səbəbdən baş verdiyi araşdırılır. İstintaq və araşdırmaların nəticəsini gözləmək lazımdır”, – A.Məhərrəmov qeyd edib.

Qeyd edək ki, ötən gün “Şəki yaylası” istirahət mərkəzində iki nəfər - 31 yaşlı Coşqun Məmmədov və 27 yaşlı Ucal Bayramov kanat trosunun qırılmasını nəticəsində həyatını itirib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!