“Bu heç bir çərçivəyə sığmır” - “Xəzər”in efirində səslənən ittiham psixoloqları ayağa qaldırdı

saytların hazırlanması

Evə çatdırılma

“Bu heç bir çərçivəyə sığmır” - “Xəzər”in efirində səslənən ittiham psixoloqları ayağa qaldırdı

Şou

07 Fevral 2020 11:28 1701


Xəbər verdiyimiz kimi, prodüser Tarix Əliyev (Tolik) aparıcısı olduğu və "Xəzər TV"də yayımlanan “Hər şey daxil” verilişində psixoloqlarla bağlı açıqlama verib. O, psixoloq kimi fəaliyyət göstərən və  adını açıqlamadığı bəzi şəxslərin şantajla məşğul olduğunu bildirib. Tolik onlara dərdini danışmağa qorxduğunu etiraf edib:

“Azərbaycanda yaxşı psixoloqlar var. Psixoloq yanına gedib dərdimi danışmaq istəmirəm. Qorxuram ki, şantaj edər məni. Bəzi psixoloqlarımız var ki, onlar insanları şantaj etməklə məşğul olurlar. Dərdini deyirsən, sonra da sənə qarşı çevirirlər".

Bu isə bəzi psixoloqları ayağa qaldırıb. Onlar şantajla məşğul olmadıqlarını bildiriblər. Bu barədə sosial şəbəkələrdə də müzakirələr gedib. Pepperoni pizza

Bəs görəsən, Azərbaycanda həqiqətən psixoloqlar pasientlərini şantaj etməklə məşğuldurlar? Onların yanına gələnlərin sirrləri necə qorunur?

Məsələ ilə bağlı psixoloq Vəfa Əkbərlə əlaqə saxladıq. O, Yenisabah.az-a açıqlamasında ittihamları qəbul etməyib:

“Psixoloq yanına gələn şəxsin verdiyi məlumatlar təbii ki, qorunmalıdır.  Psixologiyada müəyyən etik qaydalar var ki, onlara hökmən riayət olunmalıdır. O etik qaydaların əsaslarından biri də konfidensiallıqdır (məxfilikdir).  Əgər məxfilik qorunmursa, ilkin olaraq psixoloqa inam itir, ikincisi, pasiyent problemini tam açıb demir və onun problemi çözülmür. Və üçüncü, psixoloq qarşısındakı insanın hüququnu pozmuş olur. Nəinki problemini başqasına danışmaq, hətta onun şəkillərini paylaşmaq, adını yazmaq və ya  onun özəl problemlərini işıqlandırmaq etik olaraq, ümumiyyətlə, heç bir çərçivəyə sığmır. Və əgər bir psixoloq bunlara riayət etmirsə, deməli, o insanın psixoloji biliyi yoxdur”. 

O, Azərbaycanda psixoloqların məşhurları şantaj etməsi ilə bağlı hər hansı hadisə ilə qarşılaşmadığını da vurğulayıb:

“Mən Azərbaycanda elə bir şeyə rast gəlməmişəm. Bilmirəm, o insan nəyə əsasən onu deyir. Ümumiyyətlə, hansısa şəxsin dediklərinə görə fikir bildirmək istəmirəm, ümumi danışacağam. Bu gün psixoloji konfidensiallığı pozan, gündəmdə olan kifayət qədər psixoloqlar var ki, istər uşaq, istər yeniyertmə, itərsə də, yetkin insan olsun, onun şəkillərini çəkib  paylaşır və “problem bu idi, mən  çözdüm” kimi sözlər yazırlar. Özünün nə qədər “mükəmməl” olduğunu insanlara sübut etmək üçün qarşısındakı insanın hüququnu bütövlükdə  pozmuş olur. Bilirsiniz, bu gün uşaqdır, sabah gənc olacaq. Həmin şəxs əgər bir psixoloqa müraciət edirsə, deməli onun problemləri var. Və həmin insanın problemləri ilə reklam olunmaq heç də doğru deyil. Çünki o uşağın gələcəyi var. Bəlkə, istəmir, kimsə onun problemlərini bilsin. Bəlkə, onun həyatına təsir göstərəcək. Təəssüflər olsun ki, bunu düşünmürlər”. 

Həkim-psixiatr Orxan Fərəcli saytımıza açıqlamasında həkim-pasiyent münasibətinin Azərbaycan Respublikasının qanunvericiliyi ilə tənzimləndiyini deyib:

“Həkim-pasiyent münasibətinin məxfiliyi təbii ki qorunmalıdır. Hətta “Psixoloji yardım haqqında” qanun qəbul olunub. Mən psixiatr olduğum üçün "Psixiatriya yardımı haqqında"  qanundan missal çəkəcəyəm. O qanunla məxfilik konkret şəkildə tənzimlənir. Bir şəxs psixoloji yardım almaq üçün gəlirsə, hətta onun anası, atası, həyat yoldaşı da gəlsə, həkimdən məlumat ala bilməz. Yalnız şəxsin özünün iştirakı ilə onlara arayış verilə bilər. 

Qanundan əlavə işin etik tərəfləri də var. Etik olaraq da həmin məlumatların paylaşılması düzgün deyil. Bəzən tədris məqsədilə universitetdə dərs zamanı anonimlik qorunmaq şərtilə, ad çəkmədən, həmin şəxs haqqında şübhə yaradacaq məlumatları tamamilə kəsərək müzakirələr aparmaq olar. Amma maksimal şəkildə gizlilik qorunmalıdır. Bu, kifayət qədər ciddi məsələdir. Dediyim kimi həm qanuni, həm etik olaraq gizlilik qorunmalıdır”.

Əsmətxanım

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!