Yazdan başlayaraq aramsız yağan aramsız yağışlar, sel və daşqınlar, habelə tez-tez təkrarlanan güclü küləkli havalar “bu il meyvə qəhət olacaq” düşüncəsi yaradıb.
Kənd təsərrüfatından başı çıxan da, çıxmayan da bu mövzuda müzakirələrə qatılır.
Aqrar məsələlər üzrə ekspert Allahverdi Mustafayev “Yeni Sabah”a bildirib ki, yağıntılarla əlaqələndirilən bədbin proqnozlar özünü doğrultmayıb: pizza
“Əvvəlcədən belə proqnozlar verilirdi ki, məhsullar çürüyəcək, xüsusilə də meyvələrin, o cümlədən gilasın qiyməti kəskin bahalaşacaq. Amma vəziyyət tam əksinə oldu. Maşallah, ötən illə müqayisədə məhsuldarlıq daha yüksəkdir. Hətta pulun devalvasiyası amilini də nəzərə alsaq, hazırkı qiymətləri normal hesab etmək olar”.
A.Mustafayevin sözlərinə görə, bazarda meyvə-tərəvəzin qiyməti normal səviyyədədir və ötən illə müqayisədə bahalaşma yoxdur:
“Məsələn, pomidor mövsümün əvvəlində 2-2,5 manata satılırdısa, indi qiyməti təxminən 1 manata düşüb. Yəni mövsümə uyğun olaraq bazarda vəziyyət normaldır və hələlik ciddi bahalaşma müşahidə edilmir”.
Əsmətxanım Rzazadə
Telegram kanalımız