Bu ilin ilk Ay tutulması başlayıb

saytların hazırlanması

Evə çatdırılma

Bu ilin ilk Ay tutulması başlayıb

Sosial

25 Mart 2024 09:01 758


Bu ilin ilk Ay tutulması başlayıb. Bu hadisə yarımkölgəli Ay tutulmasıdır.

Yenisabah.az xəbər verir ki, Bakı Dövlət Universitetinin Astrofizika kafedrasından verilən məlumata görə, Bakı vaxtı ilə saat 08:53-də başlayan tutulma hadisəsi saat 13:32-də sona çatacaq.

Tutulmanın maksimumu saat 11:13-də olacaq. Tutulma Amerika, Antarktida, Alyaska və Rusiyanın şimal-şərqi daxil olmaqla, Ayın üfüqün üstündə olduğu istənilən yerdə görünür. Tutulma Azərbaycandan müşahidə olunmur, çünki Ay həmin vaxt üfüqün altında olur. Yarımkölgəli Ay tutulmasını adi gözlə görmək çətin olur. Belə ki kölgəli hissə Ayın qalan hissəsindən azacıq zəifdir. pizza sifarişi


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!