Bu mərkəzə yeni direktor təyin edildi -   FOTO

saytların hazırlanması

Evə çatdırılma

Bu mərkəzə yeni direktor təyin edildi - FOTO

Sosial

17 Avqust 2026 15:47 53


Tovuz Dövlət Peşə Təhsil Mərkəzinə yeni direktor təyin edilib.

"Yeni Sabah" xəbər verir ki, bu barədə Peşə Təhsili üzrə Dövlət Agentliyi məlumat yayıb.

Agentliyin məlumatına görə, İlham Xasməmmədli 14 avqust 2026-cı il tarixindən Tovuz Dövlət Peşə Təhsil Mərkəzinin direktoru vəzifəsinə təyin olunub. Marqarita pizza

İlham Xasməmmədli 2009-cu ildə Azərbaycan Dövlət Aqrar Universitetinin Mühəndislik fakültəsində “Elektroenergetika mühəndisliyi” ixtisası üzrə bakalavr, 2014-cü ildə isə “Elektrik təchizatı” ixtisası üzrə magistr təhsilini başa vurub.

O, 2016–2024-cü illərdə Azərbaycan Dövlət Aqrar Universitetinin Mühəndislik fakültəsinin Energetika kafedrasında müəllim kimi çalışıb.

İlham Xasməmmədli 2021-ci ildə “Azərişıq” ASC-nin “Qərb” Regional Enerji Təchizatı və Satışı İdarəsinin Qazax Elektrik Şəbəkəsində aparıcı mühəndis, 2025-ci ildə isə Qazax Dövlət Sosial-İqtisadi Kollecində müəllim vəzifəsində fəaliyyət göstərib.

Aytac Əliyeva


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!