“Mən burada özümə nə reklam, nə də xal qazanmaq fikrindəyəm. Amma onu bilirəm ki, İranda Azərbaycan qanı daşıyan 40 milyon azərbaycanlı var. Onlar bizi hər zaman özlərindən bilirlər”.
“Yeni Sabah” xəbər verir ki, bunu aparıcı Tarix Əliyev Zaur Kamalın Cənubi Azərbaycanlı Afşini canlı efirdən qovmasına münasibət bildirərkən deyib. Tolik bildirib ki, o Afşini dəfələrlə efirinə dəvət edib:
“Zaur da növbəti dəfə Afşini öz verilişinə dəvət edib. Amma illərlə televiziyada öz tamaşaçı kütləsini yığan və özü dediyi kimi İranda yaşayan həmvətənlərimizin izlədiyi bir verilişdə azərbaycanlı olsa da, ölkəmizdə qonaq olan tanınmış bir sənətçini canlı efirdən qovmaq həm kanal, həm də ölkə adına tərbiyəsizlikdir. Marqarita pizza
Sabah İranda yaşayan erməni deyəcək ki, bəs deyirdiz öz vətənimizdir?! Bu da vətəninizdə sənətçinizi efirdən qovurlar.
Afşin, mən öz adımdan deyim ki, sən tərbiyən və səbrinlə bir çoxuna nümunə oldun! Yaşa!
Bir də çox yaxşı dedin, kişi arasında olan söz elə kişi arasında qalar”.
Telegram kanalımız