Bu ölkədə binaların yoxlanılmasına başlanıldı

saytların hazırlanması

Evə çatdırılma

Bu ölkədə binaların yoxlanılmasına başlanıldı

Dünya

09 Fevral 2023 08:13 1009


Türkiyədə baş verən zəlzələlərdən sonra Düşənbə meriyası bütün çoxmərtəbəli binaların möhkəmliyini yoxlamaq barədə göstəriş verib.

Tacikistan paytaxtının Memarlıq və Tikinti Komitəsinin rəhbəri Nizom Mirzozodanın sözlərinə görə, Düşənbədə tikilən və tikilməkdə olan çoxmərtəbəli binalar 8,5-9 bal gücündə zəlzələyə tab gətirmək üçün nəzərdə tutulub.

Onun sözlərinə görə, respublika ərazisində obyektlərin tikintisinə icazə regiondan asılı olaraq, yerli seysmik aktivlik nəzərə alınmaqla verilir. pizza hut

O, həmçinin qeyd edib ki, Türkiyədə baş verən zəlzələdən sonra binaların, o cümlədən, yaşayış binalarının möhkəmliyi məsələsinə xüsusi diqqət yetiriləcək.

Komitə tikilməkdə olan obyektlərin bünövrə və svaylarının möhkəmliyini yoxlamaq üçün ayrıca laboratoriya yaratmağı planlaşdırır. Yoxlamalar məcburi olacaq. /Oxu.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!