Bu ölkədə güclü zəlzələ oldu - 7.4 bal

saytların hazırlanması

Evə çatdırılma

Bu ölkədə güclü zəlzələ oldu - 7.4 bal

Dünya

10 Avqust 2026 17:08 722


Kolumbiyada güclü zəlzələ baş verib.

“Yeni Sabah” xəbər verir ki, Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin (EMSC) məlumatına görə, yeraltı təkanların maqnitudası 6,8 olub. Zəlzələnin ocağı 115 kilometr dərinlikdə yerləşib.

Məlumata əsasən, zəlzələnin episentri Kartaqo şəhərinin yaxınlığında qeydə alınıb. Marqarita pizza

İlkin məlumatlarda zəlzələ nəticəsində ölən və yaralananların, həmçinin dağıntıların olub-olmadığı barədə məlumat verilməyib.

Kolumbiyanın Geoloji Xidməti isə hadisə ilə bağlı ilkin bülletendə zəlzələnin maqnitudasını 6,7, dərinliyini isə 82 kilometr göstərib. Qurumun məlumatına görə, yeraltı təkanlar ölkənin bir sıra bölgələrində, o cümlədən Boqota, Antiokiya, Kundinamarka və Meta ərazilərində hiss olunub.

Hadisə ilə bağlı məlumatlar dəqiqləşdirilir.

***

ABŞ Geoloji Xidməti (USGS) tərəfindən yayılan daha yeni məlumata görə isə zəlzələnin gücü 7,4 bal olub. Qurumun məlumatında yeraltı təkanların episentrinin Kolumbiyanın Çoko departamentində, San-Xose-del-Palmar şəhəri yaxınlığında, ocağın isə təxminən 107 kilometr dərinlikdə yerləşdiyi bildirilir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!