Bu ölkədə uşaqların 30 faizi ac yatır

saytların hazırlanması

Evə çatdırılma

Bu ölkədə uşaqların 30 faizi ac yatır

Sosial

02 İyul 2021 10:05 1113


Livanda uşaqların 30 faizindən çoxu ölkədəki iqtisadi böhran və yoxsulluq səbəbindən ac yatır. Bundan başqa, ölkədəki ailələrin 60 faizi borca girərək və ya ödənməmiş kommunal borclarına qənaət edərək qida ala bilirlər.

Yenisabah.az xəbər verir ki, bu barədə BMT Uşaqlara Yardım Fondunun (UNICEF) Livandakı iqtisadi böhranın uşaqlara təsirini araşdıran hesabatında deyilir.

Livandakı ailələrin 77 faizinin uşaqlarının kifayət qədər qidalanmasını təmin edəcək qida maddəsinə və ya satın ala biləcək gəlirə malik olmadığı yazılan hesabatda ölkədəki uşaqların 30 faizdən çoxunun axşam ac yatdığı bildirilib. Marqarita pizza

Ölkədəki ailələrin 60 faizi borclanaraq və ya ödənməmiş kommunal xərclərinə qənaət edərək, qida ala bilir.

Uşaqların 40 faizinin ailəsindən heç kimin işləmədiyi bildirilən hesabatda 30 faizinin isə ehtiyacı olan əsas səhiyyə xidmətlərini ala bilmədikləri ifadə edilib. (modern.az)

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!