Bu qadağa ləğv olundu   - ŞAD XƏBƏR

saytların hazırlanması

Evə çatdırılma

Bu qadağa ləğv olundu - ŞAD XƏBƏR

Sosial

02 İyul 2023 13:33 7510


Balıq ovuna qoyulan müvəqqəti qadağa bitdi, amma təkcə həvəskar balıqçılar üçün. Digərləri isə balıq ovlamaq üçün hələ sentyabrın 1-ni gözləməlidirlər.

Zoologiya İnsititu Hidrobiologiya laboratoriyasının müdiri Süleyman Süleymanov “Xəzər Xəbər”ə bildirib ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin qərarı ilə ölkədə may ayından başlayaraq sentyabrın 1-dək balıq ovlamaq qadağan olunub.

Səbəb isə balıqların kürütökmə dövrü ilə əlaqədardır. Ancaq bu gündən həvəskar balıqçılara balıq ovlamağa icazə verilib. Dominos pizza

Balıqçılar qeyd edirlər ki, onlar üçün qadağa bitsə də, əməl etməli olduqları qaydalar var.

S.Süleymanov deyib ki, artıq bir çox balıqlar kürülərini tökdüyündən həvəskar balıqçıların ovu gələcəkdə balıq ehtiyatının azalmasına təsir göstərməyəcək.

Ölkədə balıqların sənaye məqsədilə ovlanması qadağası isə sentyabr ayınadək davam edəcək.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!