Bəzi şəhərlərdə evlərin damı göydür, bəzilərində kirəmit, burada isə insanların başı üzərində nəhəng qayalar var. İspaniyanın cənubundakı bu qəsəbə qeyri-adi görünüşü ilə turistlərin marağına səbəb olur.
“Yeni Sabah” xəbər verir ki, İspaniyanın Əndəlüs bölgəsində yerləşən Setenil de las Bodegas qəsəbəsi minilliklər ərzində çayın formalaşdırdığı kanyonun içində yerləşir.
Qəsəbəni digər tarixi yaşayış məntəqələrindən fərqləndirən əsas xüsusiyyət isə evlərin tikilmə üsuludur. Toyuqlu pizza
İlk sakinlər yaşayış yeri yaratmaq üçün nəhəng qayaları dağıtmaq və ya qazmaq əvəzinə, hazırda mövcud olan təbii boşluqlardan istifadə ediblər. Onlar qayaların qarşısında yalnız xarici divarlar hörərək evlər yaradıblar.
Beləliklə, bəzi evlərin tavanını beton deyil, milyonlarla illik nəhəng qaya parçaları təşkil edir. Bu qayalar evlərin daxilində temperaturun sabit qalmasına da kömək edir. Yayda evlər sərin, qışda isə daha isti olur. Əvvəllər insanların yaşadığı mağara tipli evlərin bir çoxu hazırda restoran və mağaza kimi fəaliyyət göstərir.
Qəsəbənin ən maraqlı yerlərindən biri “Calle Cuevas de la Sombra”, yəni “Kölgə mağaraları küçəsi”dir. Bitişik tikilmiş ağ evlərin üzərini nəhəng qaya kütləsi tamamilə örtür. Bu küçədə yuxarı baxanda mavi səma əvəzinə başınızın üstündə böyük qaya görürsünüz.
Bir neçə metr aralıda yerləşən “Cuevas del Sol”, yəni “Günəş mağaraları küçəsi” isə tamamilə fərqli mənzərə yaradır. Buraya birbaşa günəş işığı düşür. Məhz bu fərq səbəbindən qəsəbədəki iki küçəyə “Kölgə” və “Günəş” adları verilib.
Əsmətxanım Rzazadə
Telegram kanalımız