Bu qurumlar avtomobilləri yarı qiymətə satır

saytların hazırlanması

Evə çatdırılma

Bu qurumlar avtomobilləri yarı qiymətə satır

Avto

18 Sentyabr 2026 14:31 101


Dövlət qurumlarının istifadəsində olmuş nəqliyyat vasitələrinin özəlləşdirilməsi üzrə növbəti hərrac keçiriləcək.

“Yeni Sabah” xəbər verir ki, oktyabrın 20-nə planlaşdırılan satışda avtomobillər artıq 5-ci dəfə təqdim olunduğu üçün start qiymətlərinə 50 faiz ilkin endirim tətbiq edilib.

Satışa çıxarılan maşınlar arasında DTX-nin Heydər Əliyev adına Akademiyasına məxsus 2014-cü il istehsalı “Hyundai Equus” 12 000 manat, Dövlət İmtahan Mərkəzinin 2010-cu il “Volkswagen Passat”ı 3 800 manat, Dövlət Ehtiyatları Agentliyinin 2007-ci il “Chevrolet Niva 2123” modeli 1 900 manat start qiyməti ilə təqdim olunur. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi üzrə 1995-ci il “Mitsubishi L300” mikroavtobusu 1 750 manat, 1992-ci il QAZ 2410 isə 500 manat ilkin məbləğlə satışa qoyulub. Pepperoni pizza

Memarlıq və İnşaat Universitetinə ait 2002-ci il “Peugeot 406” üçün 1 250 manat, Korporativ İdarəetmənin Təşkili və Koordinasiya Mərkəzinə məxsus 2000-ci il VAZ-21074 üçün isə 550 manat qiymət müəyyənləşdirilib.

Ümumilikdə hərracda qiymətlər 500 manatla 12 000 manat arasında dəyişir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!