Bu rayonların sakinlərinə pis xəbər - Sabah...

saytların hazırlanması

Evə çatdırılma

Bu rayonların sakinlərinə pis xəbər - Sabah...

Sosial

13 Fevral 2024 19:12 1093


Sabah Kürdəmir, Göyçay və İsmayıllı rayonlarının bir hissəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Yenisabah.az xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb.

Bildirilib ki, “Kürdəmir”, “İsmayıllı”, “Talıstan”, "Göyçay 2” və “Göyçay-1 Əhali” ölçü qovşaqlarından qidalanan qaz təchizatı şəbəkəsində “Təmiz Qaz” QSC tərəfindən aşkar olunmuş qaz sızmalarının ləğvi həmçinin qaz xəttinin yerinin dəyişdirilməsi ilə bağlı fevralın 14-də saat 09:00-dan işlər başa çatanadək “Kürdəmir”, “Göyçay-1 Əhali” ölçü qovşaqlarından və “Göyçay 2” ölçü qovşağından qidalanan orta təzyiqli əhali qaz xəttindən qaz təchizatının dayandırılması nəzərdə tutulub. Dördpendirli pizza

Həmçinin, fevralın 15-də saat 09:00-dan işlər başa çatanadək “İsmayıllı” ölçü qovşağından və "Talıstan” ölçü qovşağından qidalanan orta təzyiqli “Əhali” qaz xəttindən qaz təchizatının dayandırılması planlaşdırılır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!